
Professor Ağayeva Nisə xanın və Ağayev Hüseyn Balaca oğlunun müəllifliyi ilə dərc edilmiş bu dərslik vəsaiti həkim – otorinolarinqoloqlar, rezidentlər və Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Kitabda, Azərbaycanda otorinolarinqologiyanın inkişaf tarixi və eyni zamanda milli mütəxəssislərin bu sahədə gördüyü dəyərli nailiyyətləri işıqlandırmaqla yanaşı olaraq, LOR – üzvlərinin anatomiyası və fiziologiyası, yuxarı tənəffüs yollarının və qulağın müasir müayinə metodları, xəstəliklərin etiologiyası, patogenezi, onların diaqnostika və müalicəsi üzrə müasir səviyyədə kifayət qədər məlumatlar yerləşdirilmişdir.
Şəxsi təşəbbüs göstərərək, dərsliyin işlənib hazırlanmasında görülmüş əvəzsiz zəhməti dəyərləndirərək, Mərkəzi Dəmir Yol xəstəxanasının “Otorinolarinqologiya – Baş və Boyun cərrahiyyəsi” şöbəsinin həkimləri, müəlliflərə öz dərin təşəkkürünü bildirir və kitabın işıq üzü görməsi münasibəti ilə onları səmimi qəlbdən təbrik edir!